Azərbaycanda vulkan püskürüb. Söhbət Hacıqabul rayonunda yerləşən “Axtarma-Paşalı” vulkanindan gedir. Sonuncu dəfə 3 il əvvəl püskürən vulkanın alovu o qədər böyük olub ki, kəndi işıqlandırıb.
Vulkanın püskürmə anı rayon sakinləri tərəfindən həvəskar kameralarlar lentə alınıb.
Vulkan rayon mərkəzindən 20 km aralıda, Udulu kəndi ərazisindəki Kalaməddin dağında yerləşir. Gecə saat 3 radələrindən başlayan püskürmə səhər saat 10-a qədər davam edib.
Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir olub. 200 kvadratmetr ərazini əhatə edən vulkan püskürməsinin hündürlüyü o qədər böyük olub ki, alovu kənd ərazisindən də müşhaidə etmək mümkün olub.
“Axtarma-Paşalı” vulkanı bundan əvvəl 2013-cü ilin aprel ayında püskürüb.