Xəzər Xəbər

VİDEO: Bəzi sahələrə sərmayə qoymağa ehtiyac var

Veb TV | 21:07 • 26 Yanvar 2016
VİDEO: Bəzi sahələrə sərmayə qoymağa ehtiyac var

Regionların   social- iqtisadi  inkişafı  Dövlət Proqramına   həsr edilən  konfransa  qatılan sahibkarlar  ölkədə  yaradılan  şəraitdən,  biznes mühitindən razılıqlarını  ifadə ediblər. Lakin bununla yanaşı, bəzi sahələrin də  inkişaf etdirilməsinə  ehtiyac  var. Məsələn, Aran rayonlarda  pambıqcılığın inkişafı  minlərlə  iş  yerinin acılmasına  gətirib  çıxara bilər.

“Dünyada  baş  verən  iqtisadi   böhran  təbii ki, ölkə  sahibkarlarının  işinə  müəyən  qədər  təsir  edib . Xırda  sahibkarlara  verilən kreditin müddəti  də  artırılmalıdır”,- deyən  Respublika Kreditlər İttıfaqı Assosiasiyası  İdarə  Heyətinin üzvü  Cəlil Süleymanov  hesab edir ki, hələ də  kifayət  qədər yeni-yeni  biznes sahələri  var.

Yaşar  Sultanov  isə  yeyınti  sənayesində  istifadə  edilən şüşə  və keramik  qablarının  dekarasiyasının  tətbiqi  işə  ilə  məşğuldur. Almaniya  və  İtaliyadan gətirilən avadanlıqlardan  istifadə  etməklə  yüksək  keyfiyyətli məhsullar  istehsal  edir. Buna görə də  şirkətin məhsullarına  böyük  təlabat  var.

Xəbər lenti