Xəzər Xəbər

VİDEO: Sosial yardım alanların sayı artacaq

Veb TV | 21:06 • 26 Yanvar 2016
VİDEO: Sosial yardım alanların sayı artacaq

Yaxın vaxtlarda ölkə ərazisində xeyli sayda yeni iş yeri açılacaq. Bu barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov artıq tədbirlərə başlanıldığını bildirib.

Əhalinin iş yerləri ilə təmin olunması üçün dövlət və özəl sektorda mövcud imkanlar araşdırılır.

Növbəti mərhələdə müəssisələrdə əlavə iş yerləri açılacaq. 6 ay müddəti ilə ictimai işlərə cəlb olunma yolu ilə hər regionda 100-200 arası əlavə iş yerinin açılması nəzərdə tutulur.

Nazir ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndiriləcəyini də bildirdi. Ötən gün prezidentin imzaladığı sərəmcamla bu sahəyə 20 milyon manat ayırılıb. Beləliklə, ünvanlı sosial yardım təyin edilmiş ailələrin sayı 5,1 faizdən 6 faizə qalxacaq.

Xəbər lenti

Çox oxunanlar