Xəzər Xəbər

VİDEO: Dollarla krediti olanlara güzəşt edilməyəcək

Veb TV | 21:01 • 26 Yanvar 2016
VİDEO: Dollarla krediti olanlara güzəşt edilməyəcək

Dollarla götürülmüş kreditlərin necə ödəniləcəyi müəyyən edildi. Bununla bağlı yekun qərarı Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqladı.

Elman Rüstəmov bağlanan bankların əmanətçilərinə də səsləndi, narahat olmamağa çağırdı.

"Bank of Azərbaycan" və "Gəncə Bank" bağlanmışdı. Bu gün isə Mərkəzi Bank "Yunayted Kredit Bank" ilə "NBCBank"ın lisenziyalarının ləğv olunduğunu açıqladı. Daha bir neçə banka isə birləşmək tövsiyyə olundu.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bunlara görə əmanətçiləri narahat olmamağa çağırdı, bağlanan bankların əmanətçilərinə vəsaitlərin ən qısa zamanda çatdırılacağını bildirdi.

Elman Rüstəmov dollarla alınan kreditlərə güzəşt məsələsinə də nöqtə qoydu. Mərkəzi Bankın sədri bu məsələdə yekun rəyi açıqladı.

Mərkəzi Bankın sədri sektorun böhran vəziyyətində inkişafının təmin edilməsi üçün ciddi işlərini görüldüyünü bildirdi.

Bank sektorunun yeni iqtisadi vəziyyətə uyğunlaşdırılması üçün yekun addımlar Mərkəzi Bankla banklar arasında müzakirələrdən sonra atılacaq.

Xəbər lenti

Çox oxunanlar