Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə qədər hazırlanmış sənədlər problemin həllinə kömək etməyib. Moskvada ilin yekunlarına dair keçirdiyi brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. Onun sözlərinə görə, tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər.
Gözlənildiyi kimi, Lavrova ünvanlanan əsas suallar Suriya, Ukrayna, İran, ABŞ və Avropa Birliyi ilə münasibətlər, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub.
Münaqişənin nizamlanmasi üzrə nə özünün, nə də başqa bir şəxsin heç bir sənəd hazırlamadığını bildirən rusiyalı nazir, yalnız həmsədrlər tərəfindən hazırlanmış sənədlərin qüvvədə olduğunu bildirib.
Suriya münaqişəsinə də toxunan Lavrov problemin həlli prosesində kürdlərin də xüsusi yerinin olduğunu qeyd edib. O, beynəlxaq terrorizmə təkcə hərbi yolla qalib gəlməyin mümkünsüzlüyünü vurğulayıb.
Avropa Birlinin parçalanmasında maraqlı olmadıqlarını deyən xarici işlər naziri qərbin Rusiyaya qarşı qeyri- konstruktiv xətt tutmaqda davam etdiyini ifadə etdi.