Xəzər Xəbər

VİDEO: Su sayğacları sıradan çıxıb

Veb TV | 21:01 • 26 Yanvar 2016
VİDEO: Su sayğacları sıradan çıxıb

Qarlı havalarda su sayğaclarınızdan muğayət olun. Sayğacınız donvurma səbəbindən sıradan çıxarsa bütün məsuliyyəti siz daşıyacaqsıniz. Bu barədə "Azərsu"dan açıqlama verilib.

Gün ərzində Ağdaş və Kürdəmirdə, habelə paytaxtın Qaradağ rayonunda su sayğacının donması ilə bağlı"Azərsu"yun “Qaynar- xətt”inə müraciətlər daxil olub. Ancaq abonentlərə bildirilib ki, bunun məsuliyyətini “Azərsu” daşımır.

Şaxtalı havalarda, xüsusilə həyət evlərində su sayğaclartez-tez donur.

"Azərsu" bəyan edir ki, sayğaclara vətəndaşlar cavabdehdir.

Vətəndaşlar həyətdə quraşdırılan sayğacın şaxtalı günlərdə donmağını normal qəbul edir. Ancaq həyətdə yox,evdə quraşdırılsaydı problemin baş verməyəcəyini deyirlər. Üstəlik sayğacların quraşdırılması qaydasına əsasən vətəndaşa seçim imkanı verilmir.

Şaxtalı günlərdə sayğaclar donmasın deyə su az şəkildə açıq qoyula bilər.

Bu isə bir gecəyə təxminən xeyli suyun axıb getməsi deməkdir. Yəni abonentəəlavə xərc.

Sıradan çıxan sayğacın yenisi ilə əvəz olunmasına 140 manata yaxın pul gedir. Hər bir su sayğacı izolyasiya olunan qutu ilə əhatə olunur. Abonet tərəfindən ona müdaxilə olunması da sayğacın donmasına səbəb ola bilər.

Xəbər lenti