Azərbaycana daha çox turist axınını cəlb eləmək üçün yeni bir addım atılıb. Bir sıra ölkələrin vətəndaşları artıq ölkəmizə sadələşdirilmiş viza ilə gələ biləcəklər.
Azərbaycana gələcək turistlər vizanı daha rahat alacaqlar. Yeni yaradılacaq viza rəsmiləşdirmə mərkəzləri prosesi asanlaşdıracaq.
Beynəlxalq hava limanlarında fəaliyyətə başlayacaq viza rəsmiləşdirmə mərkəzləri bir necə dəqiqə ərzində turistlərin viza məsələsini həll ediləcək. Yeni sadələşdirilmiş viza qaydalarından Fars Körfəzi ölkələrinin, habelə Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları yararlana biləcəklər.
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına isə bu qaydalar Noyabrın 10-dan şamil olunacaq. Məqsəd ölkəyə daha çox turistin cəlb olunmasıdır.
Vizanın rüsumları isə hər bir ölkəyə fərdi və qarşılıqlı prinsip əsasında tətbiq olunacaq.