Tovuzda yanğın hadisəsi olub. Evdə tək yaşayan yaşlı qadın yanaraq ölüb. Yanğının yayılmasının qarşısını yanğınsöndürənlər alıb.
Evdə yanğın 80 yaşlı qadının ölümünə səbəb olub.
Dəhşətli hadisə bu gün səhər saatlarında Tovuz rayonun Aşağı Quşçu kəndində baş verib. Şahidlərin sözlərinə görə, dan yeri sökülən zaman güclü alovun Roza Quliyevanın evini bürüdüyün görüblər. Qonşular dərhal yanğını söndürməyə cəhd etslər də bu mümükün olmayıb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər çağrılıb. Bununla belə sahəsi 40 kv.m olan birmərtəbəli ev əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Ev sahibi 80 yaşlı Roza Quliyeva isə yanaraq ölüb.
Yaşlı qadın hadisə baş verən mənzildə tək yaşıyırmış. Yanğının səbəbləri araşdırılır.