Mingəçevirdə dəhşətli yanğın hadisəsi baş verib. Yaşayış evi yanıb. Hadisə zamanı evdə olan 35 yaşlı kişi də yanaraq ölüb.
Hadisə bu gün saat 11:00 radələrində Mingəçevirdə Şəfəq küçəsində baş verib. Cəfərqulu Süleymanova məxsus mənzil yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin 3 maşını cəlb edilib. Tez bir zamanda alov ram edilib, bununla belə evin əksər hissəsi əşyalarla birgə yanaraq yararsız hala düşüb.
Yanğın zamanı evdə epilepsiya xəstəsi olan 35 yaşlı İqbal Süleymanov yanaraq ölüb.
Hadisənin evdəki sobanın tüstü bacasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.