Ötən gün "Regionlarin 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqrami"nin icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi.
Tədbirdə çıxış edən prezident İlham Əliyev vurğuladı ki, əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi qarşıda duran ən vacib məsələlərdən biridir. Bu məqsədlə yeni məşğulluq konsepsiyasınin hazırlanması işlərinə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni məşğulluq konsepsiyası üzərində işləyir.
İşçi qrup hər ay konsepsiyanın müzakirəsi ilə bağlı iclaslar keçirəcək. İlk iclasın yekunlarına əsasən konsepsiyanın hazırlanması istiqamətində həlli vacib məsələlər müəyyən edilib.
Konsepsiyanın əsas məqsədlərindən biri də məhz əmək bazarına uyğun yerli kadrların hazırlanmasıdır.