Ötən gün baş tutan Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanla bağlı iki qətnamə müzakirə olunub. Qətnamələrdən biri qəbul edilsə də, digəri az fərqlə səsverəmdən keçməyib.
Avropa Şurası Parlament Assambleyasında Ermənistanın işğalçı siyasətini pisləyən daha bir qətnamə qəbul edilib. "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsddən içməli sudan məhrum edilməsi adlı qətnamənin leyhinə 98 deputat səs verib.
Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışsalar da, alınmayıb. Qətanmədə erməni silahlılarının işğal olunmuş ərazilərdən xüsusən də Sərsəng su anbarı ətrafının boşaltmaları tələb olunub. Sessiyada müzakirəyə çıxarılan Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə isə qəbul edilməyib. Azərbaycan tərəfi isə bunun ATƏT-in Minsk qrupu həmsədrlərinin 22 yanvar tarixində verdiyi bəyannamə ilə əlaqələndirir.
XİN rəsmisi bildirib ki, erməni və onlarında tərəfdarlarının cəhdlərinə baxmayaraq Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyyəti qətanmənin qəbul edilməsi üçün mütəmadi olaraq səy göstəriləcək.