Ağcabədi rayonunun Aşağı Afşar kəndindən olan bir qrup sahibkara məxsus qida üçün istifadəyə yararsız ət aşkarlanıb. Laborator müayinlər zamanı ətin tərkibində bağırsaq çöpü birləşmələri müəyyən edilib. 1 ton 100 kiloqramlıq yararsız ət basdırılaraq zərərsizləşdirilib.
İnsan sağlamlığı üçün zərərli olan xeyli ət satışa getmədən aşkarlandı.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları 1 ton 100 kiloqram miqdarında istifadəyə yarasız ət aşkarlayıb.
Ağcabədinin Aşağı Afşar kəndindən olan bir qrup sahibkara məxsus ətlər Qaradağ rayonu postunda saxlanılıb. Dövlət Baytarlıq Xidmətindən bildirilir ki, ətin mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayıb. Həmin ətlərdən nümunələr götürülərək laborator yoxlamalardan keçirilib.
Aşkarlan ətlər Balaxında quyuda basdırılıb. Ətdəki bakteriyalar ətrafa yayılmasın deyə ətin üzərinə dezinfeksiya üçün dərman vasitələri tökülüb.