Xəzər Xəbər

Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu VİDEO

Veb TV | 11:06 • 6 Noyabr 2020
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu

Bağçanın üçüncü mərtəbəsindən tullanan uşağı gözətci yalın əlləri ilə havada tutub.

Bununla bağlı kadrları "Daily Mail” yayımlayıb.

Hadisə Çinin Şandun əyalətində baş verib.

Bildirilir ki, uşaq təsadüfəntualetdə bağlı qapı arxasında qalıb. Tərbiyəçilərin onu sakitləşdirmək istəməsinə baxmayaraq, uşaq panikaya düşüb və pəncərədən aşağı atılıb. Son anda gözətçi onu havada yaxalayaraq, yerə dəyməsini yumşaldıb.

Uşaq dərhal xəstəxanaya aparılıb. Onun alın sümüyündə bir neçə qırıq olduğu bildirilib.

Bir neçə gündən sonra uşağın evə buraxılacağı qeyd edilib./oxu.az

Xəbər lenti