Azərbaycan vətəndaşlarının ordumuza dəstəyi davam edir. Hər kəs bacardığı qədər əsgərlərimizə dəstək göstərir.
Xezerxeber.az-ın məlumatına görə, bir qrup xanım könüllü olaraq əsgərlərimiz üçün kamufulyaj, papaq, corab və başqa geyimlər hazırlayırlar.
Söhbət məcburi köçkünlərin fəaliyyət göstərdiyi "Xarı bülbül" adlanan sexdən gedir. Burada çalışan xalçaçı xanımlar əsgərlərimizin yanında olduqlarını, onlara dəstəklərini bu cür ifadə edirlər. "Biz hamımız çalışırıq ki, vətənimizin bu günündə hər hansı bir formada əsgərlərimizin yanında olaq"deyir xalçaçı xanımlar.
Onlar bildirir ki, kamufulyajların hazırlanması prosesi o qədər də çətin deyil. Xalçaçılar təkcə kamufulyaj deyil, əsgərlərimiz üçün corablar, papaqlar da toxuyurlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: