Bir tərəfdən hərbi-siyasi rəhbərlikdə yaranan qalmaqallar tükənmək bilmir, digər tərəfdən isə ərzaq və geyim çatışmazlığı hökm sürür...
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər qidalanmağa yemək tapa bilməyən Ermənistan ordusunda çəkilib.
Lavaş arasındakı şorla qidalanan hərbçilər günü- gündən qüvvətdən düşür.
Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əks-hücum əməliyyatları düşməni bütün sahələrdə çıxılmaz vəziyyətə salıb. Hərbçilərimizin qələbələri sıralandıqca Ermənistan ordusunda nizam-intizam sıradan çıxır, hərbçilər arasında "dedovşina" və özbaşnalıq sürətlə yayılır. Artıq Ermənistan rəhbərliyi silahlı qüvvələri ərzaq, geyim və silah-sursatla təmin edə bilmir. Orduda aclıq, xəstəlik və "dedovşina" baş alıb getməkdədir.
Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyir ki, işğalçı ölkənin düşdüyü bu vəziyyət gözlənilən idi. Çünki, Azərbaycan əsgərləri qarşısında diz çökən düşmənin ehtiyat qüvvələri ilə yanaşı, maddi təminatı da tükənib. Havalar soyuduqca isə bu amil daha çox nəzərə çarpacaq.
Yaşar Aydəmirov deyir ki, Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycan Ordusu qaarşısında acizliklərini etiraf ediblər.
Hərbi ekspert bildirir ki, məhz Azərbaycan Ordusundakı peşəkarlıq, yüksək səviyyədə təşkil olunmuş nizam-intizam və maddi texniki təminat düşmənin məğlubiyyətini qaçılmaz edib.
Ekspertin sözlərinə görə ki, aclıqdan və geyimdən əziyyət çəkən erməni hərbçiləri Azərbaycan əsgəri qarşısında uzun müddət tab gətirə bilməyəcək və tezliklə məğlubiyyətlə barışacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: