Xəzər Xəbər

Ermənistan Bərdəyə raket atdı: 4 nəfər öldü, yaralılar var VİDEO

Veb TV | 22:07 • 27 Oktyabr 2020
Ermənistan Bərdəyə raket atdı: 4 nəfər öldü, yaralılar var

İkiüzlü və xain Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Bu gün günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Ermənilərin atdığı raket Bərdədə 4 nəfəri öldürüb. Xəsarət alanlar var.


Düşmənin vəhşiliyi davam edir. Onlar yenə mülki vətəndaşlarımız öldürür.


Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılıb.Raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.lakin raketin yerə düşən hissələri yenidən partlayıb.Sakinlər deyir ki, təxminən 30 -a yaxın ard-arda partlayış səsi eşidilib.


Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 13 nəfər mülki şəxs isə xəsarət alıb.


Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.


Baş Prokurorluğun yaydığı məlumata görə Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.


"ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə "Smerç" qurğusundan kasetli raketlər atılıb".


Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Təitter" hesabında bildirib."Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur", - deyə Hikmət Hacıyev vurğulayıb.


Xəbər lenti