Xəzər Xəbər

Düşmən yaşayış məntəqələrini atəşə tutur VİDEO

Veb TV | 21:25 • 27 Oktyabr 2020
Düşmən yaşayış məntəqələrini atəşə tutur

Humanitar atəşkəsə riayət etməyən Ermənistan silahlı qüvvələri Tərtər rayonunu da ağır artilleriyadan və toplardan atəşə tutub. Atılan mərmilər nəticəsində evlər dağılıb.


Ermənistan Silahlı Qüvvələri Tərtər istiqamətində atəşkəsi pozmaqda davam edir.


Düşmən yaşayış məntəqələrini atəşə tutur. Ötən axşam rayon mərkəzinə ağır artilleriya və top mərmiləri ilə yanaşı bir neçə raket atılıb. Raketlər xeyli dağıntı yaradıb.


Hadisə zamanı evdə heç kəs olmadığından ölən və xəsarət alan olmayıb.


Ermənistan Silahlı Qüvvələri Tərtər istiqamətində müxtəlif yaşayış məntəqələrini də atəşə tutub. Ən çox atəşə məruz qalan yaşayış məntəqələri Qapanlı, Qazyan, Hüsənli, Düyərli, Səhləbad kəndləri və rayon mərkəzidir. Ötən gün saat 18 radələrində atılan raketlərdən biri Düyərli kənd sakini İsgəndər Həsənovun həyətinə düşüb.


Axşam saatlarında kəndə daha bir neçə raket atılıb. Bu raketlərdən biri Nazim Quliyevin həyətinə düşərək partlayıb.


Azərxalça ASC -nin tərtər filialı da atılan mərmilər nəticəsində ziyan görüb. Binanın şüşələri sınıb, içindəki avadanlıqlara ziyan dəyib.


Xəbər lenti