Xəzər Xəbər

Xarici vətəndaşlardan Azərbaycana dəstək VİDEO

Veb TV | 22:10 • 26 Oktyabr 2020
Xarici vətəndaşlardan Azərbaycana dəstək

Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək uğrunda apardığı haqlı mübarizəsinə bir sıra ölkələrin vətəndaşlarından da güclü dəstək gəlir. Sosial şəbəkələrdə həmin xarici ölkələrin vətəndaşları ard-arda paylaşımlar edərək Azərbaycanın yanında olduqlarını ifadə edirlər.


Bir sıra xarici ölkələrin vətəndaşları son günlər sosial şəbəkələrdə Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda Azərbaycanı dəstəkləyən paylaşımlar edirlər.


Belə ölkələrdən biri Ukraynadır. Məsələn, "tvitter" istifadəçisi olan bu Ukrayna vətəndaşı son paylaşımında Azərbaycan ordusunun düşməndən götürdüyü qənimətlərə işarə edərək istehza ilə yazır: "Ermənistan ordusu son 3 həftə ərzində Azərbaycan ordusu üçün əsas hərbi təchizatçı olmağa davam edir"


Daha bir ukraynalı sosial şəbəkə istifadəçisi Oleq Panfilov da son günlər Ermənistnı tənqid edən və Azərbaycana dəstək nümayiş edən saysız-hesabsız paylaşımlar edir. Paylaşımlarından birində o, ermənilərin azyaşlılara silahı öyrətməsi ilə bağlı fotonu paylaraq yazıb: "Tiqranlar. siz nə edirsiniz? Uşaqların arxasında gizlənirsiniz?"


Əks-hücum əməliyyatlarının başladığı gündən Azərbaycana dəstək verən ölkələrdən biri də qonşu Gürcüstandır. Bu ölkənin vətəndaşı olan Aleks Melikişvili adlı tvitter istifadəçisi öz profilində 1869-cu ildə Tiflisdə çap edilmiş Qafqaz təqvimini paylaşıb. "Əgər bu sənədə etibar etmək olarsa, görünür, Rusiya imperatorluğu dövründə Bakıdakı 226 məscidlə müqayisədə İrəvan quberniyasında 269 məscid olub".


"Dünya ictimaiyyəti, bu dəhşəti görəndə necə susmaq olar?" Bu paylaşımı isə daha bir Gürcüstan vətəndaşı öz sosial şəbəkə hesabında edib. Xanım istifadəçi 17 oktyabrda Ermənistan tərəfindən Gəncəyə endirilən, dinc əhalini hədəf alan raket zərbəsinə səssiz qalmayıb.


Sosial şəbəkələrdə ölkəmizə dəstək nümayiş etdirən xarici ölkə vətəndaşları arasında latviyalılar da var. Aktiv "tvitter" istifadəçisi olan Andreas Lipsits demək olar ki, hər gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri paylaşaraq azərbaycanlılara dəstəyini nümayiş etdirir.


Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən millətlər arasında belaruslar da böyük yer tutur. Bu günlərdə əksər Belarus vətəndaşlarının sosial şəbəkə hesablarında Azərbaycana dəstək paylaşımını görmək olar.


Xəbər lenti