Gün ərzində atəşkəsin tələblərini yerinə yetirməyən Ermənistan silahlı qüvvələri Daşkəsənə də mərmilər atıb. Mərmilər meşə ərazisində yanğına səbəb olub.
Düşmən Daşkəsən rayonunu atəşə tutub.
Dünən gecədən başlayaraq bu gün ərzində də ermənistan silahlı qüvvələri sərhədyanı kəndləri atəşə tutaraq təxribata cəhd edib. Düşmən raket və ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrini hədəf seçib. Atılan mərmilər yanğına səbəb olub, 9 hektardan çox meşə sahəsi yanıb.
Döyüşlər başlayandan Zivlən və Çanaqçı kəndləri də atəşə tutulan ərazilərdəndir. Bu gün atılan mərmilərlə isə düşmən meşə sahəsində yanğın törətməklə ərazidə təhlükəli vəziyyət yaratmağa cəhd göstərib.
Qeyd edək ki, meşədə 10 hektara yaxın sahədəki yanğın artıq söndürülüb.