Xəzər Xəbər

Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi VİDEO

Veb TV | 21:33 • 26 Oktyabr 2020
Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi

"Erməni əsilli vətəndaşları silahı yerə qoymağa və Azərbaycan ordusuna dəstək olmaqla, xunta rejiminə son qoymağa çağırıram!" Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara müraciət edib. O bildirib ki, işğaldan azad ediləcək Dağlıq Qarabağ bölgəsində erməni əsilli vətəndaşların xoşbəxt və firavan gələcəyinə Azərbaycan Respublikası təminat verir. Ölkəmizin sadə mülki vətəndaşlarla heç bir problemi yoxdur.


Sizi əsir kimi saxlayan işğalçı Ermənistan və onun tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış cinayətkar xunta rejimi, məqsədli şəkildə hərbi obyektləri yaşayış məntəqələrinə yaxın yerləşdirməklə sizlərin həyatını birbaşa təhlükəyə atır!


Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev erməni icmasına müraciət edib. İcmanın rəhbəri Tural Gəncəliyev deyib ki, onlar təhlükəsizliyini, həyat və sağlamlıqlarını düşünürlərsə , Silahlı Qüvvələrimizin tərəfinə keçsinlər.


Tural Gəncəliyev işğal olunmuş ərazilərdə qanunsuz şəkildə hərbi əməliyyatlarda iştirak edən erməni əsgərlərinə silahı yerə qoymağı tövsiyyə edib.


Tural Gəncəliyev bildirib ki, bunun başqa yolu yoxdur. Biz öz torpaqlarımıza geri dönürük, ərazilərimizi işğalçılardan təmizləyirik. İşğal altındakı torpaqlar azad olunan kimi, Dağlıq Qarabağda yaşayan erməni sakinlərin bütün hüquqları hər bir Azərbaycan vətəndaşında olduğu kimi ən yüksək səviyyədə təmin ediləcək- deyə Tural Gəncəliyev vurğulayıb.


Xəbər lenti