Qubadlı şəhərinin işğaldan azad edilməsi bu rayondan olan ailələrin sevincinə səbəb olub. Qələbə xəbərini Qubadlı sakinləri böyük coşqu ilə qarşılayıb.
Qubadlı şəhərinin işğaldan azad edilməsi xəbəri bu rayondan olan sakinləri sevinc göz yaşlarına boğub.
Elə 27 il öncə Qubadlıdan məcburi köçkün düşən və hazırda Xırdalan şəhərində məskunlaşan Hüseyn Əsədovun ailəsi kimi. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin zülmü ilə qarşılaşan ailə ağrılı-acılı günləri ötən gündən demək olar ki, unudub. Məcburi köçkünlük dövründə 3 il Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləmiş Hüseyn Əsədov qələbə sevincini onlara yaşadan hərbçilərimizə və Ali Baş komandana minnətdarlığını ifadə edib.
11 nəvə, 2 nəticə sahibi olan ailənin bir arzusu var. İllər öncə öz doğma yurd-yuvalarından didərgin düşən ailələr tezliklə öz ata baba yurdlarına qayıtsınlar.
İndi bütün Qubadlı sakinləri yurda dönüşün başlayacağı günü səbrsizliklə gözləyirlər.