Xəzər Xəbər

Ermənistan ərzaq qıtlığı ilə üzləşib - VİDEO

Veb TV | 20:04 • 25 Oktyabr 2020
Ermənistan ərzaq qıtlığı ilə üzləşib -

Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr, dərinləşən hərbi-siyasi böhran və tənəzzülə uğrayan iqtisadiyyat....

Xezerxeber.az-ın məlumatına görə, hazırda Ermənistandakı mövcud vəziyyəti belə ifadə etmək olar.

Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları düşmən ölkənin iqtisadiyyatına ciddi təsir göstərib. Son günlər sosial şəbəkələrdə və mediada ölkədə sürətli qiymət artımının başlaması ilə bağlı narazılıqlar yer alıb. Xüsusilə, əsas ərzaq məhsulları kəskin bahalaşıb. Son 10 gün ərzində 1 kq kərə yağının qiyməti 600 dramdan 800 drama, şəkərin qiyməti isə 250 dramdan 410 drama qədər yüksəlib. Acınacaqlı vəziyyət hərbi təminat sektorunda da müşahidə olunur. 18 min drama satılan əsgər geyimləri bu gün 25 min dram olub. Həmçinin ölkənin gül bazarında da kəskin bahalaşma var. Dəfn mərasimlərində istifadə olunan çiçəklərin qiymətində 50-100 faiz arası artım var.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini Ramil Hüseyn deyir ki, əslində bu vəziyyət gözlənilən idi, çünki Ermənistandakı mövcud iqtisadi durum müharibə şəraiti üçün uyğun deyildi və proqnozlar artıq özünü doğrultmaqdadır.

Ramil Hüseyn bildirir ki, hazırkı bahalaşmanın kökündə duran əsas amillərdən biri Ermənistanda ərzaq təhlükəsizliyinin dayanıqlı olmamasıdır.

Ramil Hüseyn əlavə edib ki, Ermənistanda iqtisadi böhran noyabr-dekabr aylarında özünü daha kəskin formada büruzə verəcək. Çünki, müharibə cəmi 1 aya yaxındır ki, başlayıb və artıq bəzi məhsullarda 50-100 faiz bahalaşma qeydə alınıb. Növbəti ilin əvvəlindən isə erməni xalqı bu tənəzzülü daha yaxından hiss edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar