Xəzər Xəbər

VİDEO: Xəzər TV yeni binaya köçdü

Veb TV | 14:36 • 2 Fevral 2016
VİDEO: Xəzər TV yeni binaya köçdü

Bu gün Xəzər Televizyası yeni inzibati binasına köçüb.

“Xəzər Xəbər” məlumat verir ki, bu yaxınlarda açılışı keçirilən Xəzər TV əvvəl yerləşdiyi Atatürk prospekti 100-dən  köçərək yeni ünvanda fəaliyyətə başlayıb.

Bina 10 mərtəbə və 265 iş otağından ibarətdir. Sahəsi  1000  kvadratmetr olan ən  böyük şou  studiyasi ilə  göz oxşayan “Xəzər Media Mərkəzi”nin  yeni inzibati  binasi, texniki parametrləri ilə də diqqət  çəkir.

"Xəzər Media Mərkəzi"nin  yeni inzibati binasının sahəsi 25 min kvadratmetrdir. Bina zirzəmi də daxil olmaqla 10 mərtəbədən ibarətdir.

Binanın xarici hissəsi şüşə kompazit və sinus profillə bağlanıb. 150 avtomobil üçün sahəsi 3 min kvadratmetr olan iki qapalı avto-park tikilib.

Televiziyamızın yeni inzibati binasında sahəsi 2500 kvadratmetr olan 5 çəkiliş studiyası var. Sahəsi 1000 kvadratmetr olan böyük şou studiyası isə üslubuna görə göz oxşayır. Bu studiyaları idarə edən əsas 3 efir studiyası isə avadanlıqlarının keyfiyyətinə görə seçilir.

Binada  "Xəzər Xəbər" kollektivi  üçün də  münbit şərait yaradılıb. Müasir  üslubda hazırlanmış studiyası öz daxilində olan 1300 kvadratmetrlik Xəbər Mərkəzi inşa olunub.

"Xəzər Media Mərkəzi"ndə 3 dublaj, 8 səsyazma studiyası, miksaj və montaj otaqları fəaliyyət göstərir.

“Xəzər FM” üçün müasir avadanlıqlarla təhciz olunmuş efir studiyaları qurulub.

Xəzər Televiziyasının yeni binasında 251 nəfərlik universal, sinxron tərcümənin olduğu konfrans zalı var.

Kitabxana,  yeni kadrların yetişməsi üçün xəzər media və təlim-tədris mərkəzi, işçilərin uşaqları üçün bağça, kişi və qadın personal üçün fitnes və idman otaqları, həkim və tibb bacısı üçün otaq müntəzəm olaraq şirkətdə fəaliyyət göstərəcək.

Binada 265 otaq var. Otaqlardan 4-ü böyük seminar otağı, 10-u isə iclas otağı kimi fəaliyyət göstərir.  Televiziyamız yayım keyfiyyətini artırmaq üçün daxili İT sistemi, fiberoptik kabel və sat 7 kabel sistemi ilə xidmət göstərəcək. Hər otağa xüsusi olaq İPTV, İP telefon, İP radio, CCTV, İP kontrol kartlı keçid sistemi, 160 İP kamera mühafizə sistemi quraşdırılıb.

Sosial sahələr də unudulmayıb. İşçilərin zehni yorğunluqlarını aradan qaldırmaq üçün kafe, gəzinti yolları və Ağ şəhərə panoramı olan terras yaradılıb.

Yeni istedadların yetişməsi, keyfiyyətli proqramların hazırlanması, mili serialların çəkilməsi, doğru xəbərlərin çatdırılması üçün bina son texnologiyalarla təhciz olunub.

Xatırladaq ki, Xəzər TV 2007-ci ildə fəaliyyətə başlayıb. Xəzər TV-nin yeni ünvanı Nobel prospekti, "Azərneftyağ" Neft Emalı Zavodunun yaxınlığında yerləşir.

Xəbər lenti