Xəzər Xəbər

Azərbaycanda 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib VİDEO

Veb TV | 20:31 • 15 Sentyabr 2020
Azərbaycanda 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan şəhərində yerləşən Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Müəssisənin açılışında iştirak edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, 7 mindən çox saxta əlillik təyinatının ləğv edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, məsələ ilə bağlı mütəmadi olaraq araşdırmalar aparılır

Azərbaycanın dövlət büdcəsi üçün illik maliyyə yükü 35 milyon manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə əlillik təyinatının nəzərdə tutulan qaydalara uyğun aparılıb-aparılmamasıdavamlı olaraq yoxlanır

Sahil Babayev qeyd edib ki, bu yaxınlarda daxil olan məlumat əsasında Nazirlik və Baş Prokurorluq birgə əməliyyat keçirib və maddi maraq müqabilində əlillik təyinatı verməyə çalışan həm xəstəxana, həm də tibbi sosial ekspertiza personalı ilə bağlı sərttədbirlər görülüb. Nazir əlavə edib ki, əlillik statusunun təyin olunması ilə bağlı meyarlar yenidən işlənəcək.

Sahil Babayev vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə reabilitasiya xidmətləri ilə əhatə olunacaq şəxslərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq. Bu göstəricilərə ölkə üzrə reabilitasiya müəssisələri şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi ilə nail olunacaq.

Xəbər lenti

Çox oxunanlar