İlk dərs günü bölgələrdə də fərqli şəkildə təşkil olunub. Pandemiyaya görə ara məsafələr saxlanılıb, dərslər bu şəraitə uyğun qurulub. Təhsil naziri Emin Əmrullayev də ilk dərs günündə Gəncədə, Tovuzda və Qazaxda məktəb açılışlarında iştirak edib.
Gəncənin məktəblərindəsəhər saat 8-dən etibarən məktəblilər uzun fasilədən sonra yenidən təhsil ocaqlarına üz tutub. İlk növbədə qapılarını ibtidai sinif şagirdlərinin üzünə açan məktəblər prosesə müəyyən edilmiş qaydalara uyğun olaraq hazırlaşıblar.
Təhsil Naziri Emin Əmrullayev ilk dərs günündə Gəncədə, Tovuzda və Qazaxda məktəb açılışlarında iştirak edib. Yeni məktəblərdə yaradılan şəraitlə tanış olub.
Lənkəranda da 89 ümumtəhsil ocağında 2020-2021-cı tədris ilinin ilk zəngi çalınıb. Şagirdlər üçün bütün zəruriprofilaktik tədbirlər görülüb.
Zaqatalada da bu gün 1-4 cü siniflər xüsusi qaydalar çərçivəsində ilk dərs ilinə başlayıb. Səhər saatlarından başlayaraq şagirdlər ara məsafələrini gözləməklə, təhlükəsizlik qaydalarına əməl edilərək, öncədən xüsusi qaydada hazırlanan sinif otaqlarına buraxılıb.
Şirvanda da tədrisdə yeni qaydalar tətbiq olunub.
Şagirdlər həftənin yalnız 2-3 günü ənənəvi qaydada dərsə gedəcək, qalan günlərdə isə onlayn şəkildə dərslərə qoşulacaqlar.