Bu gün ölkəmizdə yeni dərs ilinə start verilib. Ötən illərdən fərqli olaraq bu ilki bilik günü pandemiya dövrünün tələblərinə uyğunlaşdırılıb. Hər il sentyabrın 15-də səhər saatlarından şagirdlərin səs-küyü ilə dolu olan məktəblərdə bugün fərqli mənzərə yaşanıb.Heç bir xüsusi tədbir keçirilməyib
Bu məktəbli anasından ayrılmaq istəmir. Digəri isə ağlaya-ağlaya sırada dayanıb.
Parta arxasında yuxulayanlar da oldu, birinci gündən başı söhbətə qarışanlar da... Yeni tədris ili belə maraqlı görüntülərlə yadda qaldı.
Bəziləri məktəbə gələr-gəlməz özünə yeni dostlar tapdı, bəziləri də şeir danışıb, kameramıza əl salladı.
Bu ilki bilik günü pandemiya dövrünün tələblərinə uyğunlaşdırıldı. Heç bir kütləvi tədbir keçirilmədi. Səhər saatlarından şagirdlərin səs-küyü ilə dolu olan məktəblərdə bu il fərqli mənzərə var idi.
Məktəbə daxil olan müəllim və şagirdlərin hərarəti yoxlanaraq, əlləri dezinfeksiya edildi. Partalarda tək-tək əyləşən şagirdlər tənəffüs zamanı da dəhlizə çıxmadılar.
Bu gün şagirdlərlə yanaşı, valideynlər və müəllimlər də həm həyəcanlı, həm də sevincli idilər.
Qeyd edək ki, şagirdlər həftənin yalnız 2-3 günü ənənəvi qaydada dərsə gedəcəklər, qalan günlərdə tədris onlayn qaydada aparılacaq.