Xəzər Xəbər

Dönərxanalarla bağlı YENİLİK – Bundan sonra… VİDEO

Veb TV | 19:32 • 15 Sentyabr 2020
Dönərxanalarla bağlı YENİLİK – Bundan sonra…

Qardaş Türkiyəyə məxsus dönər yeməyi son illərdə demək olar ki, bizim də mətbəximizin bir hissəsinə çevrilib. Ölkəmizin hər yerində dönər bişirib satan yerlər və dönər sevən insanlar var. Amma dönərin hazırlanması zamanı yol verilən xırda xəta belə ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Bu məhsulun geniş yayıldığını nəzərə alan Qida Təhlükəsizliyi Agentliyi dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması üçün yeni layihəyə start verib.

AQTA dönərxanalarla bağlı yeni layihəyə start verir. Layihə Azərbaycanda nümunəvi biznesin yaradılması məqsədi daşıyır.

Bunu onlayn mətbuat konfransında AQTA-nın Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl deyib. O bildirib ki, müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından bu layihəböyük əhəmiyyətə malikdir.

Orxan Mikayıl qeyd edib ki, bununla yanaşı sahibkarlara və onların işçi heyətinə təlimlər də keçiriləcək. Yəni artıq hər istəyən dönər bişirib sata bilməyəcək.

Eyni zamanda həssas qrupların layihə çərçivəsində ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması nəzərdə tutulur. 2020-2021-ci illər üzrə ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar