Xəzər Xəbər

Bakı metrosu 72 gün sonra fəaliyyətini bərpa etdi VİDEO

Veb TV | 21:52 • 14 Sentyabr 2020
Bakı metrosu 72 gün sonra fəaliyyətini bərpa etdi

Bu gündən etibarən Bakı Metropoliteni fəaliyyətini yenidən bərpa edib. Metrodan istifadə edən hər kəsin sanitar-gigiyena qaydalarına əməl etməsi vacibdir. Stansiyaya daxil olan sərnişinlər metro ərazisini tərk edənə qədər tibbi maskadan istifadə etməlidirlər. Yeri gəlmişkən qatar parkının yenilənməsi çərçivəsində xəttə 2 yeni qatar buraxılıb.

 

 

72 gün bağlı qalan Bakı metrosu bu gündən etibarən sərnişinlərin istifadəsinə açılıb.

 

 

Metropolitenin fəaliyyəti nazirlər kabineti yanında operativ qərargahın koronavirusla əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun bərpa edilib.

 

 

Sərnişinlər metrodan istifadə edərkən bir sıra qaydalara mütləq əməl etməlidirlər. Stansiyalara daxil olanların əvvəlcə hərarəti ölçülür. Onların tibbi maska taxıb-taxmamalarına nəzarət edilir.

 

 

Bu məqsədlə hər stansiyada xüsusi nəzarətçilər ayrılıb. Sərnişinlər bildirirlər ki, metronun yenidən fəaliyyətə başlaması onların işini xeyli asanlaşdırıb.

 

 

Bu arada qatar parkının yenilənməsi çərçivəsində istismar müddətini başa vurmuş iki qatarın əvəzinə xəttə 2 yeni qatar buraxılıb.

 

Bakı Metropoliteni QSC-nin mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, istismara buraxılan qatarlar iyun ayında Bakıya gətirilib. Onlar müasir standartlara cavab verir. Vaqonlarda pandemiya dövrünün tələbləri də nəzərə alınıb.

 

 

 

Yeni vaqonlar geniş sərnişin tutumuna malikdir.

 

 

Vaqonlarda iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar da var.

Xəbər lenti

Çox oxunanlar