Paytaxtın Badamdar qəsəbində bir neçə ay öncə su və kanalizasiya sistemlərinin çəkilişi zamanı qazıntı işləri aparılan yol hələ də təmir olunmayıb. Bu səbəbdən sakinlər bu yolun yayda toz, qışda isə palçıq olduğunu və gediş-gəlişin çətinləşdiyini deyirlər. Yeni tədris ilinin başlaması da sakinlər üçün ayrı bir problemə çevrilib. Çünki avtomobili olmayanlar üçün bu yolla övladlarını məktəbə aparmaq çətindir.
Bura hər hansı bir kənd yolu deyil, paytaxtın Badamdar qəsəbəsi 3-cü yaşayış massividir. Sakinlər rahat gediş gəlişi təmin etmək üçün bir müddət öncə öz vəsaitləri hesabına bu küçəyə daş və çınqıl tökdürüblər. Lakin bir neçə ay öncə "Azərsu" ASC tərəfindən bu bölgədə yeni kanalizasiya və su sisteminin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılıb. İşlər yekunlaşsa da həmin küçə hələ də asfaltlanmayıb. Sakinlər isə bu yolun yayda toz, qışda isə palçıq olduğunu və gediş-gəlişin çətinləşdiyini deyirlər.
Yeni tədris ilinin başlaması da sakinlər üçün ayrı bir problemə çevrilib. Çünki avtomobili olmayanlar bu yolla övladlarını məktəbə aparmağın çətinliyindən gileylənirlər.
Məsələ ilə bağlı "Azərsu" ASC-i ilə əlaqə saxladıq. Qurumdan verilən məlumata görə, küçənin asfalt örtüyünün bərpa olunması məsələsi yaxın zamanlarda həyata keçiriləcək.
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı onu da qeyd edib ki, digər küçələrdə işlər tam yekunlaşmayıb. Hardaki ümumi sistemə birləşmə varsa həmin evlərin su və kanalizasiya sistemi qoşulur və bu proses mərhələli şəkildə davam etdirilir.