Böyük maraqla izlənilən "Ata Ocağı" serialı yeni mövsümdən tamaşaçıların görüşünə gəlir. Artıq 4-cü mövsüm yayımlanacaq ailə serialı bu gündən etibarən həftə içi hər gün saat 22:00-da "XəzərXəbər"dən dərhal sonra efirə gedəcək. Böyük tamaşaçı rəğbəti qazanan ekran əsərində yeni mövsümdə nələr olacaq?
Xəzər televiziyasının istehsalı olan "Ata ocağı" bədii serialının 4-cü mövsümünə start verilir.
Rejissor Rüfət Şahbazovun ərsəyə gətirdiyi ekran işi psixoloji dram janrındadır. Serial real həyatda baş verən və insanlara örnək olacaq hadisələr əsasında çəklir. "Ata ocağı"-nda ailəsinin sosial durumu ilə razılaşmayan övladlar qütbləşirlər. Ailə başçısı olan ata isə sosial problemlər məngənəsində təklənir. Serialın rejissoru deyir ki, yeni mövsümdə izləyiciləri bir çox yeniliklər gözləyir.
Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova və Rasim Cəfərovun baş rollarını oynadığı serialın aktyor heyətinə əməkdar Artist Firdovsi Atakişiyev də qoşulub.
Yeni mövsümdə xalq artisti Şamil Süleymanov da ekran əsərində rol alıb. Nazim kişinin dostunu canlandıracaq aktyorun obrazı xüsusi ilə maraqlıdır. Baş ssenaristi Valeh Əhmədov, kreativ produsseri Amiran Babayev olan "Ata ocağı"nın heyətinə ''İmtahan'' serialının da iki aktyoru, tam fərqli obrazda daxil edilib. Odur ki, 4-cü mövsümdə sizi biri -birindən maraqlı serialar gözləyir.