Ermənistan silahlı qüvvələri yenə də Tovuz rayonu istiqamətində atəşkəsi pozublar. Bu dəfə hədəf Əlibəyli kəndi və sakinləridir. Ermənistan ordusu ötən gün axşam saatlarında yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə Azərbaycan ordusunun bölmələri tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Düşmən ordusu Tovuzun Əlibəyli kəndini iriçaplı silahlardan atəşə tutub. Hədəf kənd sakinləri və yaşayış məntəqələri olub.
Sakinlərin sözlərinə görə, düşmən həmişəki kimi atəşkəsi sutkanın qaranlıq vaxtı pozub.
Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı hərbçi və mülki şəxslər arasında ölən və ya xəsarət alan olmayıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutublar. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.