Xəzər Xəbər

DYP-dən yeni dərs ilinin başlaması ilə bağlı müraciət VİDEO

Veb TV | 19:38 • 14 Sentyabr 2020
DYP-dən yeni dərs ilinin başlaması ilə bağlı müraciət

Yol polisi və Bakı Nəqliyyat Agentliyi bilik günü ilə bağlı sürücülərə xəbərdarlıq edib.Qeyd olunur ki, avtomobilini məktəb yaxınlığındadüzgün park etməyənsürücülərə cərimə yazılacaq. Hərəkətə mane olan nəqliyyat vasitələri isə evakuatorla cərimə meydançasına aparılacaq.

Bilik günü ilə əlaqədər olaraq sabah məktəblərin yaxınlığındakı yollarda avtomobillərin hərəkətinə nəzarət gücləndiriləcək. Avtomobilini düzgün park etməyənlər cərimələnəcək.

Bu barədə ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. O bildirib ki, sentybarın 15-də bilik günündə yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq. Paytaxt Bakıda intensiv hərəkətin müşahidə edildiyi, xüsusilə yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma və durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Əgər hansısa nəqliyyat vasitəsi hərəkətə mane olacaqsa, ərazidən təxliyə olunacaq. Bu işləri Bakı Nəqliyyat Agentliyi və Yol polisi birgə icra edəcək.

Hərəkətə mane olan sürücülər barəsində elektron protokol tərtib ediləcək. Yol kənarında dayanma və durma qaydasını pozan 20, avtobus dayanacağını zəbt edən sürücülərə 40 manat məbləğində cərimə yazılacaq. Vaqif Əsədov sürücülərə tövsiyə edib ki, sürət həddinə əməl etsinlər. Təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır.

Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev əlavə edib ki, bilik günü ilə əlaqədar yollarda nəzarət gücləndiriləcək. Bakı Nəqliyyat Agentliyi səhər və axşam pik saatlarda bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə işıqforlarda ''yaşıl dalğa'' tətbiq edəcək''-deyə Mais Ağayev vurğulayıb.

Xəbər lenti