Xəzər Xəbər

Terrorçu qruplar işğal altındakı ərazilərə köçürülür - ATƏT-in Minsk qrupunun həmsədrləri susur - VİDEO

Veb TV | 20:26 • 13 Sentyabr 2020
Terrorçu qruplar işğal altındakı ərazilərə köçürülür -

Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, qəbul olunan qərar və qətnamələrin icrası barədə düşünməyən işğalçı Ermənistana bu günə qədər heç bir təzyiqin göstərilməməsi təxribatların davamlı olmasına yol açır. Ermənistan hakimiyyəti bu yaxınlarda Beyrutda baş verən dəhşətli partlayışı işğal altındakı Dağlıq Qarabağ və ətraf 7 rayonda ermənilərin qanunsuz yerləşdirilməsi üçün fürsət kimi qiymətləndirib. Ermənistan mediası da Livandan erməni mənşəli ailələrin işğal altındakı Azərbaycan torpaqlarına köçürülmə xəbərlərini xüsusi canfəşanlıqla yayımlayır.

Əslində bu xəbərin özü beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT-in Minsk qrupunun həmsədrləri üçün Ermənistana etiraz etmək üçün ciddi bir səbəb olmalı idi. Çünki, başqa dövlətə aid torpaqlarda aşkar şəkildə köçürmə siyasətini həyata keçirmək özlüyündə sülh danışıqlarının gedişinə böyük zərbə vura biləcək bir faktdır. Hətta öz havadarlarının himayəsinə arxalanan Ermənistanın azğınlığı o həddə çatıb ki, əvvəllər gizli şəkildə həyata keçirməyə çalışdığı qanunsuz məskunlaşdırma siyasətini indi bütün dünya ictimaiyyətinin gözü önündə-media vasitəsilə nümayiş etdirərək həyata keçirir.

Məsələni şərh edən millət vəkili Sahib Alıyev bildirir ki, Ermənistan hakimiyyəti terrorçu qrupların işğal altındakı ərazilərdə yerləşdirilməsinə uzun illər öncə başlayıb.

Sahib Alıyev qeyd edib ki, Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinin genişlənməsinə səbəb ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyi və təcavüzkara qarşı heç bir təzyiq mexanizmindən istifadə etməməsidir. Halbuki, bununla bağlı həmsədrlər özləri qanunsuz məskunlaşma ilə bağlı geniş faktlara sahib olublar.

Sahib Alıyev vurğulayıb ki, Ermənistanın cəzasızlığı bölgədə yeni hərbi toqquşmaların baş verməsinə rəvac verir. Təsadüfi deyil ki, Ermənistan bu cür əməllərlə Azərbaycan torpaqlarının ilhaq edilməsinə çalışır.

Millət vəkili əlavə edib ki, Ermənistanın xaricdən gətirdiyi erməniləri muzdlu kimi döyüş əməliyyatlarına asanlıqla cəlb edə bilir. Sərhəddə erməni postlarında xidmət edən həmin şəxslər məhv edilən zaman isə onlar rəsmi siyahılarda əks olunmur. Buna görə də Ermənistan ordusu asanlıqla "itkimiz yoxdur" açıqlamasını verə bilir. Bu təcrübədən artıq Ermənistan ordusu iyul ayında baş verən Tovuz döyüşlərində geniş şəkildə istifadə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar