Sabah səhər 06:00-dan Bakı metrosu yenidən sərnişinlərin istifadəsinə açıq olacaq.
Xezerxeber.az-ın məlumatına görə, metronun xidmət göstərmədiyi müddət ərzində sərnişinlər həm müntəzəm marşrut, həm də ekspress xətt üzrə hərəkət edən avtobuslardan istifadə edirdilər.
Metronun açılması isə ekspress avtobusların fəaliyyətini, onların xətdən yığışdırılıb-yığışdırılmamasını gündəmə gətirib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələyə aydınlıq gətirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: