''Azərişıq'' ASC həm Bakıda, həm də bölgələrdə kənar xətdən istifadə və sayğaclara müdaxilə ilə bağlı yoxlamalar aparıb. Yoxlamalar zamanı 1088 kənar xəttdən istifadə və xüsusi qurğular ilə 12 müdaxilə faktı qeydə alınıb. Nəticədə də itirlmiş elektrik enerjisinin ümumi dəyəri 1,4 milyondan çox olub. Artıq qurum tərəfindən oğurluq faktları ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.
Biri sayğacın daxilinə xüsusi cihaz quraşdırıb,digəri isə sayğacın üst hissəsinə maqnit əşya qoyaraq onun hesablama mexanizmini süni şəkildə dayandırıb.
"Azərişıq" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları Bakı və bölgələrdə yoxlamalar aparıblar.Yoxlamalar zamanı ayrı-ayrı şəxslər tərəfindən sayğaclara müdaxilə ilə bağlı xeyli qanun pozuntusu aşkar edilib.
"Azərişıq" Açıq Səhimdar Cəmiyyətinin nüməyyəndəsi Araz Məmmədovun sözlərinə görə,"qurum tərəfindən quraşdırılan müasir sayğaclar rəqəmsal olmaqla yanaşı, yük dinamikasına nəzarət funksiyasını və digər əlavə müdaxilə hallarını arxivləşdirən yaddaşa malikdir.Bu isə yerində bu halların aşkarlanması zamanı operativliyi təmin edir.Bununla yanaşı, müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş sayğac-test laborotoriyası və bu sahədə işləyən beynəlxalq şirkətlərdə ixtisaslaşmış peşəkar əməkdaşların olması belə halların dərhal aşkarlanmasını tam təmin edir.
Qeyd edilən müdaxilə faktları barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.