Xezerxeber.az-ın məlumatına görə, Aqrar Sığorta Fondunun şöbə müdiri Pərvin Quliyeva bildirib ki, ilkin olaraq 1-7 yaşlı südlük inək və camışlar sığortalanacaq. Sonrakı mərhələlərdə sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişlənəcək. Risklər siyahısına da hazırda fermerləri ən çox narahat edən hadisələr daxil edilib.
Fermerlərin istəyindən asılı olaraq əlavə sığorta haqqı ödəməklə heyvanları nəzərdə tutulan risklərlə yanaşı, oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq. Heyvanların sığortalanması üçün bir sıra şərtlər mövcuddur. Heyvan qapalı yerdə saxlanmalı və həmin yer Nazirlər Kabinetinin qaydalarına uyğun olmalıdır.
Qeyd edək ki, sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödənəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: