Sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstanın irəli sürdüyü Abxaziya və Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu adlı qətnamə layihəsi qəbul edilb.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan həmişə olduğu kimi bu dəfə də mövqeyini dəyişməyib. Hər zaman məsələlərə obyektiv yanaşan, haqqın tərəfində olan Azərbaycan Gürcüstana dəstək nümayiş etdirərək qətnamənin lehinə səs verib. Ermənsitan isə səsvermədə iştirakdan boyun qaçırıb. Bu hal Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə qarşı açıq- aşkar hörmətsizlik kimi qiymətləndirilib.
Qətnamə Abxaziya və Cənubi Osetiyadan olan bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyır. Tarixən işğalçılıq siyasəti yürüdən Ermənistan isə məcburi demoqrafik dəyişikliklərin qəbuledilməz olduğu fikri ilə razılaşmır.
"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İsgəndərli hesab edir ki, Gürcüstan hakimiyyəti, cəmiyyəti və zaman-zaman Azərbaycana qarşı qəbuedilməz ritorikadan istifadə edən bəzi dairələr bu səsvermədən nəticə çıxaracaq. Azərbaycan ərazilərinin işğalında iştirak edən Mixail Avakyana abidə qoyulmasına imkan verənlər bu hadisənin sonrakı fəsadlarını hesablamayıb.
Ramil İsgəndərli düşünür ki, bu addımların altında növbəti məkrli siyasət durur.
Qeyd edək ki, BMT Baş Assambleyasının Ermənistanın özünün işğalçılıq siyasəti ilə bağlı da mövcud qətnamələri var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: