Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə "Bir millət, iki dövlət” adlı sənədli film hazırlanıb.
Xezerxeber.az-ın məlumatına görə, filmi Türkiyənin Prezident Administrasiyası ərsəyə gətirib.
Filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: