Xəzər Xəbər

Xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq - VİDEO

Veb TV | 20:12 • 7 Sentyabr 2020
Xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq -

Təhsil Nazirliyi vasitəçi şirkətlərin xidmətlərindən istifadə edib xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

Xezerxeber.az-ın məlumatına görə, bildirib ki, abituriyent, tələbə və onların valideynləri seçim edərkən diqqətli olmalıdır. Çünki bu xidmətlərdən istifadə edən bir çox vətəndaşlar gələcəkdə müəyyən problemlərlə qarşılaşırlar.

Təhsilin Keyfiyyətinin Təminatı Agentliyinin şöbə müdiri Nicat İlyasov deyib ki, belə hallarla rastlaşmamaq üçün bəzi mühüm məsələlər barədə ətraflı məlumat toplanmalıdır.

Həmin abituriyentlər üçün gələcəkdə yarana biləcək əsas problemlər oxuduqları ali təhsil müəssisəsinin akkreditasiyası ilə bağlıdır ki, bu məsələdə Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyələrinə əməl olunmalıdır.

Təhsil Nazirliyi və Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti