Xəzər Xəbər

Gəncə şəhərində struktur islahatları sakinlərə nə vəd edir? - VİDEO

Veb TV | 19:18 • 7 Sentyabr 2020
Gəncə şəhərində struktur islahatları sakinlərə nə vəd edir? -

''Gəncə şəhəri, Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır''.

Bunu ''Xəzər Xəbər''ə açıqlamasında millət vəkili Nafiq Həmzəyev bildirib.Onun sözlərinə görə, yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı atılacaq bu addım olduqca müsbətdir.

Millət vəkilinin sözlərinə görə, vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşəcək, əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi daha da artacaq.

Naqif Həmzəyev əlavə edib ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi ilə çoxpilləlik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq.

Millət vəkili qeyd edir ki, idarəçiliyin şəffaflaşdırılması və səmərəliliyin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Ölkənin ali qurumlarında aparılan struktur dəyşiklikləri öz müsbət nəticəsini bu gün verməkdədir.

Millət vəkili vurğulayıb ki, Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi nəticəsində böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.

Belə bir təşəbbüsün baş tutması ən çox həmin rayonlarda yaşayan sakinlərin ürəyincədir.

Sakinlər hesab edirlər ki, idarəetmənin bir mərkəzdən olması ilə müraciətlərinə daha çevik reaksiya veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar