Bu gecə saat 00:00-dan etibarən sərt karantin rejimi ilə bağlı növbəti yumşaldılmaların tətbiqinə başlanacaq.
Xezerxeber.az-ın məlumatına görə, ictimai-iaşə obyektlərinin daxilində də vətəndaşlara xidmət göstəriləcək. Eləcə də, şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır. Yəni rayonlara və rayonlardan Bakı, Sumqayıt və Abşerona sərnişindaşıma hələlik yalnız fərdi avtomobillər və fərqlənmə nişanı olan taksilərlə olacaq. Avtobuslarla sərnişin daşınmasına hələlik icazə verilmir.
Həkim-infeksionist Hicran Xıdırova deyib ki, karantin rejiminin yumşaldılması insanları arxayınlaşdırmamalıdır.
Onun sözlərinə görə, bəzi şəxslər vəziyyətin yaxşı olduğunu düşünüb qoruyucu və dezinfeksiyaedici vasitələrdən istifadə etmirlər. Qoyulan qaydalara və tələblərə mütləq şəkildə əməl edilməlidir. Əks halda virusa yoluxma sayında yenə artım ola bilər.
Qeyd edilib ki, xüsusi yaş qrupunda olan, eləcə də bir sıra xəstəlikdən əziyyət çəkən insanların daha çox diqqətli olması tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: