Xəzər Xəbər

Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı VİDEO

Veb TV | 22:03 • 6 Sentyabr 2020
Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxdı

Karantin qaydalarını pozaraq övladına toy edən sabiq millət vəkili İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıblar. Jurnalistlərə açıqlama verən sabiq millət vəkili ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib.

 

 

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin həbs edilən kürəkəni, sabiq millət vəkili İlham Əliyev və onun qudası Rövşən Mustafayev azadlığa çıxıblar. Hər iki şəxs inzibati qaydada barələrində verilən 15 gün həbs cəzasını başa vurublar.

 

 

Azadlığa çıxan sabiq millət vəkili İlham Əliyev əməlinə görə peşman olduğunu dilə gətirib. O, prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və Azərbaycan xalqından üzr istəyib

 

 

Xatırladaq ki, sabiq millət vəkili İlham Əliyev karantin qaydalarını pozaraq avqustun 18-də qız övladına toy mərasimi keçirib. Karantin qaydalarını pozduğuna görə Abşeron Rayon Məhkəməsi sabiq millət vəkili İlham Əliyev və qudası Rövşən Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci - Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsi ilə təqsirli bilib.

 

 

Sabiq millət vəkili və onun qudasının həbs edilməsi bir daha onu sübut edir ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan heç bir şəxs cəzasız qalmayacaq.

Xəbər lenti

Çox oxunanlar