Çimərlik mövsümü sona yaxınlaşsa da, dənizə axın edənlər kifayət qədərdir. Bu səbəbdən də aidiyyəti qurumlar çimərliklərdə nəzarət tədbirlərini davam etdirirlər.
Çimərlik mövsümünün son həftələri olmasına baxmayaraq, hava günəşli olduğundan sakinlərin dənizə axını davam edir. Bununla əlaqədar olaraq çimərliklərdə sosial məsafənin saxlanması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi və təmizliyə riayət olunması ilə bağlı aidiyyatı qurumların nəzarət tədbirləri davam edir.
Çimərliklərə gələnlərinin sayının çoxluğu nəzərə alınaraq xüsusi növbətçilik yaradılıb, gündəlik reydlər keçirilir. Çimərliklərin fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarəti artırılıb.
"ASAN" könüllüləri" də səsgücləndiricilər vasitəsi ilə qaydalara əməl etməklə vətəndaşlara çağırış edirlər.
Qeyd edək ki, çimərliklərə gələnlərin sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. İstirahətə gələn vətəndaşların sayını "Asan könüllüləri" qeydə alır və əraziyə girişi tənzimləyirlər.