Xəzər Xəbər

Ömrünü şəhidlərin portretini çəkməklə keçirən rəssam VİDEO

Veb TV | 21:25 • 6 Sentyabr 2020
Ömrünü şəhidlərin portretini çəkməklə keçirən rəssam

Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir. İllər ötəcək, əsrlər keçəcək, onlar heç vaxt unudulmayacaqlar. Elə həmsöhbətimiz də bu xatirəyə əbədi sahib çıxanlardandır. Rəssam Ülkər Əbülfət indiyə qədər 600-dək şəhidin rəsmini çəkib...

 

 

 

Hər tərəfdən bir qəhrəman boylanır bizə. Simaları tanış və doğmadır. Bir əziz təbəssüm donub bu şəkillərdə, istər-istəməz adlarını keçirirsən ürəyindən, bu Rəşad..., bu Ömər..., bu da cənab generaldır. Rəssam Ülkərin yanındayıq! Şəhidlərin şəklini çəkən rəssamın.

 

 

Bu günə qədər 600-dək şəhidin rəsmini çəkib. Sərgilər keçirib, ölkəmizdən kənarda sərgisinə baxmağa gələnlərə işğalda olan torpaqlarımız haqda məlumatlar verib. Ürəyi yetən, gücü çatan nə varsa, qəhrəmanlardan əsirgəməyib.

 

 

O, hər bir əsəri çəkməzdən əvvəl onun araşdırmasını aparır. Bəzən əsgər forması geyinir, bəzən əsgərlərə qoşulub tank sürür, bəzən də çəkdiyi hansısa şəkillə günlərlə danışır. General Polad Həşimovun əsərində isə belə olmayıb.

 

O, evinin bütün divarlarını çəkdiyi rəsmlərlə doldurub. Deyir, bəzən gecələr qalxıb onlarla danışır.

 

Biz sizə qələbə motivli əsərlər işləməyi arzu edirik, Ülkər xanım. Tezliklə Qarabağımız alınsın, siz də, elə biz də o torpaqlarda açan çiçəklərin seyrinə duraq. Bax həmin o gün xatirələrini yaşatdığınız o oğulların ruhu şad olacaq!


Xəbər lenti