Xəzər Xəbər

Azərbaycanda peşə təhsilinə maraq artıb VİDEO

Veb TV | 21:12 • 6 Sentyabr 2020
Azərbaycanda peşə təhsilinə maraq artıb

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsi başa çatıb. İlk mərhələdə 11 min 814 şəxs bu təhsilalma formasından yararlanmaq üçün onlayn qaydada müraciət edib. Bu il peşə təhsili almaq üçün müraciət edənlər arasında 10-larla ali təhsilli şəxslər də var.

 

 

 

Ölkədə peşə təhsilinə maraq göstərənlərin sayı artıb..Hətta Ali təhsilli şəxslər belə peşə təhsili almaq üçün müraciət ediblər.

 

 

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun 1-ci mərhələsi üçün sənəd qəbuluna ayrılan müddət başa çatıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, ötən il ilə müqayisədə bu il Peşə təhsili müəssisələrində təhsil almaq istəyənlərin sayında 27 faiz artım olub. 1-ci mərhələni keçənlərin 84,2 faizi müvafiq sənədlərini qəbul olduqları peşə təhsili müəssisələrinə təqdim edib. 2020-2021-ci tədris ili üzrə müraciət edən şəxslər arasında isə kifayət qədər ali və orta ixtisas təhsilli şəxslər də var. Belə ki, bu il Peşə təhsili müəssisələrinə 109 orta ixtisas təhsilli və 73 ali təhsilli şəxs müraciət edib.

 

 

Bu təhsilalma formasına marağın son illər artmasına səbəb yeni ixtisasların yaradılması və bu ildən başlayaraq işəgötürənlərlə birgə ikili proqramların icrasına başlanmasıdır. Sənəd verənlər arasında daha çox sənayə, İKT və xidmət sahələrini seçənlərə rast gəlinir.

 

 

Bu tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır.

Xəbər lenti