Xəzər Xəbər

Tovuz şəhidlərinin xatirəsinə abidə qoyulub - VİDEO

Veb TV | 21:20 • 5 Sentyabr 2020
Tovuz şəhidlərinin xatirəsinə abidə qoyulub -

İnsanların vaxtaşırı üz tutduqları xiyaban indi ziyarətgaha çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Tovuz rayonunun Əyyublu kəndindən gedir.

İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi şəhidlərinin xatirələrinin əbədiləşdirildiyi xiyabanın bir hissəsində Tovuz şəhidləri üçün də xüsusi yer ayrılıb. Burada rayonun Ağdam kəndində düşmən təxribatının qarşısını alarkən canlarından keçmiş 13 şəhidimizin foto və adları yer alan böyük lövhələr quraşdırılıb.

Düşmən təxribatlarından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, tez bir müddətdə bu kənddə şəhidlər üçün abidə qoyulub.

Bu gün Tovuzun bəzi küçələrində Azərbaycan, Türkiyə və Pakistan bayraqları birgə dalğalanır. Tovuz sakinləri döyüşlərin getdiyi ərəfədə bu dövlətlərdən gələn mənəvi dəstəyi unutmadıqlarını bu yolla nümayiş etdirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti