Xəzər Xəbər

İctimai - iaşə müəssisələri əvvəlkindən iki dəfə az müştəri qəbul etməlidir - TƏLƏB - VİDEO

Veb TV | 20:45 • 5 Sentyabr 2020
İctimai - iaşə müəssisələri əvvəlkindən iki dəfə az müştəri qəbul etməlidir -

İctimai- iaşə müəssisələrinin qapalı sahələrində fəaliyyəti bərpa ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, son həftələr ərzində COVID 19-la bağlı müşahidə edilən vəziyyət yumşaldılma tədbirlərinin həyata keçirilməsinə imkan verdi.

Lakin bu dövrdə də kafe -restoranlar tələb edilən qaydalara əməl etməlidir.

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Ramazan Nəbiyev bildirib ki, qapalı sahələrdə tətbiq olunacaq qaydalar da açıq hava sahələrindəki kimi olacaq. Burda da iki dəfə daha az müştəri qəbulu olmalı, həmçinin məlumatlandırıcı lövhələr ictimai iaşə obyektlərinin girişində hər kəsin görə biləcəyi yerdə qeyd edilməlidir.

Bununla yanaşı oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalı, giriş-çıxışlarda, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı olmalıdır. Sıxlığın yaranmaması üçün əvvəlcədən rezervasiya təşviq edilməlidir.

Qeyd edək ki, ictimai-iaşə obyektlərinin əksəriyyəti artıq hazırlıq işlərinə başlayıb.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti