Xəzər Xəbər

Postpandemiya dövründə Azərbaycan iqtisadiyatında artım olacaq - VİDEO

Veb TV | 21:25 • 5 Sentyabr 2020
Postpandemiya dövründə Azərbaycan iqtisadiyatında artım olacaq -

Postpandemiya dövründə Azərbaycanın iqtisadi inkişafında artım olacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Pandemiyadan sonrakı dövürdə iqtisadiyyatın şaxələndirilməsi sürətində də artımın olacağı gözlənilir. Məhz bu amilə görə ölkəmizdən ixrac edilən məhsulların artacağı proqnozlaşdırlır..

Maliyyə Nazirliyinin açıqlmasına görə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək əsas prioritetlərdən biri olaraq qalacaq. Bunun sayəsində isə ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi olaraq artacağı gözlənilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə hesab edir ki, Azərbaycan pandemiya dövründən minimal itkilərlə çıxacaq.

Proqnozlara görə, ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağı gözlənilir. Bu isə dünya iqtisadiyyatına nisbətdə müsbət göstərici hesab edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar