Xəzər Xəbər

Sumqayıt, Sabirabad və Masallıda qətl hadisələri törədilib - VİDEO

Veb TV | 19:23 • 5 Sentyabr 2020
 Sumqayıt, Sabirabad və Masallıda qətl hadisələri törədilib  -

Sumqayıtda qadın qətlə yetirilib, anası isə ağır yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, qətl hadisəsi şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mənzillərdən birində mübahisə zamanı baş verib.

Şəhər sakini 20 yaşlı Mehriban Cabbarova və anası 42 yaşlı Xatun Cabbarova gənc oğlan tərəfindən bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, Mehriban Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. Xatun Cabbarova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Gənc qızın meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Sabirabadda isə kənd mollası olan 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib. Dəhşətli qətl hadisəsi rayonun Qəzli kəndində baş verib. Həmin kəndin sakini Yaqub Eyyubov mübahisə zəminində həyat yoldaşı Mətanət Eyyubovanı bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Birinci həyat yoldaşı öləndən sonra ikinci dəfə ailə həyatı quran Yaqub Eyyubov 10 il olardı ki, Mətanət Yaqubova ilə evli olub. Hansı səbəbdənsə ahıl kişi özündən təxminən 2 dəfə yaşda kiçik olan həyat yoldaşı ilə mübahisə edərək onu hədələyib.

Qorxusundan çölə qaçan qadını qonşunun qapısının qarşısında yaxalayan əri ona ürək nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Yaralı qadın qonşuya qaçaraq elə qapının ağzındaca yerə yıxılıb. Xəstəxanaya aparılarkən yolda keçinib. Qeyd edilir ki, 81 yaşlı kişi kəndin mollası olub. Hər iki hadisə ilə bağlı rayon polis şöbələrində araşdırma aparılır.

Masallıda isə 58 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib. Rayonun Hüseynhacılı kənd sakini Aidə Şəmmədovanın yaşadığı evdə meyiti tapılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə təhvil verilib. Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi, o cümlədən həmin cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində işlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024