Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərinin bəyanatları sülh danışıqlarını pozmaqla yanaşı, "Madrid prinsipləri"nin üzərindən xətt çəkilməsidir.
İşğalçı rejimin rəhbəri Araik Aratunyan növbəti dəfə sərsəm bəyanatı ilə Ermənistan tərəfinin əsl mahiyyətini büruzə verib. Aratunyan müharibəyə hazırlaşdıqlarını bəyan edib. O, öz dili ilə sülh danışıqlarından söz getmədiyini bəyan etməklə yeni hərbi kampaniyaya başlamaq niyyətində olduqlarını açıq şəkildə bildirib.
Xezerxeber.az-ın məlumatına görə, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev hesab edir ki, Araik Aratunyanın sərsəm bəyanatı olduqca təhlükəli açıqlamadır. Odur ki, bütün beynəlxalq təşkilatlar bu məsələyə diqqət yetirməlidir.
Qeyd edək ki, Araik Arutunyandan əvvəl Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan da bənzər bəyanatla çıxış etmişdi. Bu bəyanatlar bir daha onu göstərir ki, Ermənistan tərəfi bölgədə sülhü pozmağa hər vəchlə davam etmək niyyətindədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: